Əlaqə Arxiv
news Image
2014.04.15
20:33
| A A A
ANS-in iddiası üzrə növbəti məhkəmə iclası keçirilib
ANS-in məhkəməyə verdiyi saytlarla bağlı Yasamal rayon məhkəməsində növbəti məhkəmə iclası keçirilib. 

Məhkəməyə verilən saytlardan yalnız ikisinin nümayəndələri iclasda iştirak edib

ANS PRESS-in məlumatına görə, məhkəmə iclasında qarşı tərəfdən İnterpress.az və Dünyatv.az saytlarının nümayəndələri iştirak ediblər. 

ANS MYMŞ-nın Hüquq Departamentindən ANS PRESS-ə verilən məlumata görə, məhkəməyə verilən digər saytların nümayəndələri prosesdə iştirak etməyiblər. 

Hakim məhkəmə predmetinə çevrilən yazıların ekspertizaya göndərilməsi ilə bağlı qərar verib. 

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığı üçün bəzi saytları məhkəməyə verib. Həmin saytlar aşağıdakılardır: aznews.az, ınterpress.az, azvision.az, demokratiya.info, axar.az, publika.az, presspost.az, dunyatv.az, realxeber.az, etatist.com, xalqxeber.az, baymedia.az, avrasiya.net, marka.az.

Bu portalların qərəzli və əsassız məlumatları əsasında ANS-in işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib.

Sizin Reklam Yeriniz