Türkiyədə şok qərar: içkili namaz qılmaq olar
Türkiyə Dini İşlər Ali Şurası kilsə və sinaqoqlarda da namaz qılınmasının şərtini açıqlayıb
Türkiyə Dini İşlər Komitəsinin
aylıq jurnalı olan "Diyanet" jurnalının növbəti sayı işıq üzü
görüb. Lent..az-ın verdiyi məlumata görə, jurnalda Dini İşlər Ali
Şurasının qərarları açıqlanıb. Jurnalda ictimaiyyəti maraqlandıran
məsələlərlə bağlı cavablar əksini tapıb. Məsələn, məscid olmadığı
halda kilsə və sinaqoqda namaz qılmağın mümkün olub-olmadığı barədə
suallara cavab olaraq qeyd edilib ki, əgər kilsə və sinaqoqda namaz
qılmaq məcburiyyəti yaranarsa, imkan daxilində oradakı rəsm və
heykəllərin üzəri örtülməlidir.
İnsan alkoqollu içki içdikdən sonra
namaz qılmasının mümkün olub-olmadığı barədə suala cavab daha çox
diqqət çəkir. Dini İşlər Ali Şurasının qərarına görə, namaz
qılacaq, oruc tutacaq və dua edəcək şəxs nə dediyini, nə etdiyini
biləcək qədər ayıq, ağlı başında olmalıdır: "Buna görə də alkoqollu
içki içən insan nə dediyini biləcək qədər sərxoş deyilsə, namaz
qıla bilər".