Əlaqə Arxiv
news Image
2014.04.16
13:20
| A A A
Cənubi Koreyada tələbələri daşıyan gəmi batdı

Cənubi Koreyada göyərtəsində 472 nəfər olan gəmi batıb. Movqe.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Sevol" adlı gəmi İnçxon limanından Çedju adasına doğru hərəkət edirdi. Gəminin sərnişinlərinin əsas hissəsi tələbələr olub.

RİA Novosti-nin məlumatına görə, gəmi artıq tamamilə dənizin dibinə gedib. Renxap agentliyinin məlumatına görə, gəmidən 388 nəfər sərnişini təxliyyə etmək mümkün olub. Daha bir nəfərin isə cəsədi tapılıb. Xilas olunanlar əsasən tələbələr və müəllimlərdir.


Gəmi İnçxon limanını ötən gün yerli vaxtla saat 21:00-da tərk edib. Hadisə isə bu gün saat 08:58-də baş verib.




Sizin Reklam Yeriniz