Əlaqə Arxiv
news Image
2014.04.16
13:42
| A A A
«Etnik və milli şüur» mövzusunda konfrans keçirilib

Beynəlxalq mətbuat mərkəzində "Etnik və milli şüur" mövzusunda konfrans  keçirilib. Tədbir "Etnoqlobus" (ethnoglobus.az) Beynəlxalq onlayn informasiya – analitik mərkəzinin "Etniklik azərbaycançılığın əsas amillərindən biri kimi" müddətsiz layihəsi çərçivəsində keçirilir. Layihəyə ötən ilin dekabrında start verilib.

Konfransın təşkilatçısı  "Etnoqlobus" mərkəzinin direktoru , politoloq və ekspert Gülnara İnanc

layihənin  məqsədi haqda qısa məlumat verərək bunları söyləyib: "Cəmiyyətdə etnik və milli şüurun öyrənilməsi, Azərbaycanda  еtnoqrafiya sahəsində aparılan araşdırmaların ictimai fikrə çatdırılması ,etnik və mili məsələlərin işıqlandırılmasında ortaya çıxan neqativ məqamların üzə çıxarılması  vacibdir".


Konfransda çıxış edən AMEA-nın Etnoqrafiya  və Аrxeologiya İnstitutunun sosioloji araşdırmalar şöbəsinin müdiri Əliağa Məmmədli etnik və  milli şüuru formalaşdıran amillər və ölkədəki bu istiqamətdə  hazırki durum haqda danışıb. Alim ölkədə son illər "Etnomədəni  və etnososioloji problemlər" mövzusunda geniş bir layihənin həyata keçirildiyini vurğulayıb. "Dünya durduqca etnik məsələ olub və olacaq da. İdeal ölkə yoxdur. Sadəcə olaraq aradan qaldırılması mümkün olan məsələlər həll olunmalıdır", -deyə Məmmədli deyib.

AMEA-nın Folklor institutunun əməkdaşı , alim Əli Şamil ölkədə həqiqətən sayı az olan buduq, xınaluq, qaraçı, türkman  və sair xalqların araşdırma alanına düşmədiyini qeyd edib. Folklorşunas Aynur Qəzənfər qızı isə  bununla yanaşı İnstitutda  Azərbaycanda yaşayan azsaylı etnosların folklorunu öyrənən şöbə yardılmasının müsbət hal kimi qeyd edib.

Alban Udin icmasının başçısı Robert Mobili Azərbaycanda yaşayan udinlərin tarixi, mədəniyyəti, etnoqrafiyası, dini ilə bağlı diqqət çəkən işlər görüldüyünü qeyd edib. Bunların sırasında İncilin udin dilində tərcüməsi, Alban kilslərinin bərpası, udin əlifbasının tərtib olunması, Ukrayna və Polşada Alban ruhanilərinin hazırlanması var. Hətta hər il udin təqvimi belə nəşr olunur. Mobili udinlərin Azərbaycanda düzənlikdə yaşamalarına baxmayaraq assimlyasiyaya uğramamalarıınn səbəbinin Azərbaycandakı faktiki tolerantlıqda olduğunu vurğulayıb. Bundan əlavə, maraqlıdır ki, yalnız Azərbaycanda yaşayan udinlər etnik kimliyini və dillərin qoruyub saxlaya bilib.

"Ronahi" kürd mədəniyyət mərkəzinin sədr muavini Əhməd Əpiyev bir qisim insanların kürd, ləzgi, talış kələmsinə qıcıqlandığını qeyd edib: "Mən kürdəm. Amma Azərbaycan bayrağı, dövlətim mənimdir. Azərbaycanı türkdən az sevmirəm. Amma mənim anam kürddür demək haqqım var."

Əpiyevin sözlərinə görə, bu cür qısqanc yanaşmalar düşmənlər tərəfindən istifadə olunur. 

 Azərbaycan Ukrayna icmasının başçısı Aleksandr Zareçnıy isə ukraynalıların da  etnik kimlik və mədəniyyətini qorumağa çalışdığını və bunun üçün ölkədə onlara heç bir maneə olmadığıın qeyd edib. Zareçnıy Ukraynanı qərbində həqiqətən ukraynalıların bir qədər fərqli mentallığa məxsus olmalarına baxmayaraq şimаlda, cənubda, qərbdə və şərqdə yaşayan xalqın eyni etnos olduğuun bildirib. "Həqiqətən Ukraynada millətçilər var. Amma Ukarynanın işğal olunması layihəsi üçün bu heç bir əsas vermir. Hazırda Ukraynanın federallaşması danışıqları aparılır. Düşünürəm ki, 20 % torpaqları işğal olunmuş Azərbaycan bizi gözəl anlayır."

G.İnanc ötən ilin sonlarından başalyaraq Azərbaycanda etnik azlıqların hüquqlarının pozulması ilə bağlı 3 hesabat olduğunu xatırladıb– AB, Təmsil olunmayan  xalqların təşkilatı və ABŞ Departamenti. "Azərbaycana qarşı etnik amildən təzyiq vasitəsi kimi istifadə olunamağa başlanıb. Təmsil olunmayan xalqların təşkilatının xüsusi komissiyasının ötən il Azərbaycana görə apardığı hesabatda guya ölkədə antisemitizm hallarının qarşısının alınması üçün yəhudilərə xüsusi qayğı göstərildiyi vurğulanır. Fikrin absurdluğunu şərh etməyə belə ehtiyac qalmır. Orta və Yaxın Şərqdə, son zamanlar isə Ukraynada millətçilik amilinin həssaslaşması bütün dünyada öz təsirini göstərir. Millətçlik amilinin radikal dağıdıcı şovinizmə çevrilməməsi üçün mütəxəssiələr , dövlət və mətbuat öz tərəfindən çalışmaalıdır."

AMEA-nın İnsan haqları institutunun  əməkdaşı Mixail Bekker deyib ki,  vaxtilə bir çərçivə kimi götürülən etnik kimliyin müəyyənləşdirilməsi şərtləri zaman ötdükcə əhəmiyyətini itirib. 

"Vətənindən kənarda yaşayanlar, öz ana dilini bilməyənlər  məgər yəhudi, ləzgi, azərbaycanlılığını itirir. Etnik kimlik insanın seçimidir. Biri özünü hər hansı bir etnosla eyniləşdirirsə, bu onun haqqıdır", -deyib Bekker.

Mütəxəssis həmçinin etnosların dili, mədəniyyəti ilə bağlı konfransların xaricdə keçirilməsinə də toxunaraq, artıq Azərbaycanda bu inisiativi ələ almaлı olduğunu qeyd edib.Çıxışlar maraqlı müzakirələrlə davam edib. Mayda keçiriləcək növbəti konfransın etnik azlıqlarla bağlı problemlərə həsr olunması təklif olunub.



Sizin Reklam Yeriniz