Əlaqə Arxiv
news Image
2014.04.16
16:48
| A A A
Prezident Administrasiyasında yeni təyinat
Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdir vəzifəsinə Vüsal Quliyev təyin olunub.  Movqe.az  Trend-ə istinadən xəbər verir ki, V. Quliyev buna qədər Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində gənclər təşkilatları ilə iş sektoru yaradılıb. Sektor gənclər təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi, həmçinin onlarla iş aparan dövlət orqanlarının və digər qurumların fəaliyyətinin əlaqələndirilməsi funksiyasını həyata keçirəcək. Vüsal İlham oğlu Quliyev 1982-ci il dekabr ayının 31-də Kürdəmir rayonunda anadan olub.

2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistr pilləsinə daxil olub. 2003-2005-ci illərdə bu Akademiyada dövlət hüququ ixtisası üzrə magistr təhsili almış və "Azərbaycan dövlətçiliyində konstitusiyanın inkişaf mərhələləri" mövzusunda magistrlik dissertasiyasını müdafiə edib.

Sizin Reklam Yeriniz