Əlaqə Arxiv
news Image
2014.04.17
10:16
| A A A
Cəbhədə gərginlik: ermənilər mövqelərimizi atəşə tuturlar
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 28 dəfə pozulub. 
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Qazax rayonunun Qaymaqlı kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qorqan, Horadiz, Ağdam rayonunun Sarıcalı, Novruzlu, Yusifcanlı, Tərtər rayonunun Çiləbürt, Cəbrayıl rayonunun Mehdili, Xocavənd Kuropatkino və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Sizin Reklam Yeriniz