Əlaqə Arxiv
news Image
2014.04.17
17:42
| A A A
2100 nəfər öz mobil operatorunu tərk edib
Mobil nömrə daşınmasının tətbiqi ilə bağlı aparılan işlər yekunlaşdırılıb. Movqe.az xəbər verir ki, bu barədə "2014-cü ilin I rübünün yekunları haqqında" kollegiya iclasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib. Nazir bildirib ki, xidmətin tətbiqi ölkədə mobil rabitə istifadəçilərinə göstərilən mobil xidmətin keyfiyyətinin artırılmasına və mobil sektorda sağlam rəqabətin gücləndirilməsinə xidmət edir. Hesabat dövrü ərzində daşınan nömrələrin sayı təxminən 2100 ədəd olub. Daşınmanın daha da effektivliyinin artırılması məqsədilə mobil operatorlara birgə işlər davam etdirilir.
Sizin Reklam Yeriniz