Əlaqə Arxiv
news Image
2014.04.17
19:33
| A A A
İlham Rəhimov "Forbes"in siyahısında

Aprelin 17-də "Forbes" jurnalı 2014-cü il üçün Rusiyanın ən varlı iş adamlarının siyahısını açıqlayıb. "Media forum" saytının məlumatına görə, ən varlı iş adamlarının reytinq cədvəlinə 18 milyard 600 milyon ABŞ dolları dəyərində var-dövlətə sahib olan özbək Əlişir Usmanov başçılıq edir. Onun sərvəti ötən illə müqayisədə 1 milyard dollar çoxalıb. Reytinq cədvəlinin ikinci pilləsində "Alfa-qrup"un müşahidə şurasının sədri Mixail Fridman (17 milyard 600 milyon dolar), üçüncü pilləsində isə "Renova" qrupunun direktorlar şurasının sədri Viktor Vekselberq (17 milyard 200 milyon dollar) dayanır. "Lukoyl" şirkətinin prezidenti, azərbaycanlı Vahid Ələkbərov (13 milyard 600 milyon dollar) Rusiyanın imkanlı iş adamları siyahısının 7-ci pilləsində qərarlaşıb. "Forbes" jurnalı Rusiyanın 2014-cü il üzrə ən varlı biznesmenlərinin siyahısını tərtib edib. "Qafqazinfo" xəbər verir ki, siyahıda ilk pillədə 18,6 milyard dollarlıq sərvətlə Özbəkistan əsilli iş adamı Alişer Usmanov dayanır.

"Qafqazinfo"nun xəbərinə görə, reytinq cədvəlində Vahid Ələkbərovdan başqa daha 3 azərbaycanlı iş adamının da adı var. 56-cı pillədə 1,8 milyard dollarlıq sərvətlə "Krokus Siti"nin rəhbəri Araz Ağalarov gəlir. AST şirkətlər qrupunun prezidenti və atasının şərəfinə adlandırdığı Türkiyədə yerləşən "Mardan Palace"nin sahibi Telman İsmayılov 0,75 milyard dollarla 137-ci yerdədir.Rusiya prezidentinin yaxın dostu kimi tanınan iş adamı İlham Rəhimov isə 0,5 milyard dollarla sıralamada 187-ci pillədədir. Qeyd edək ki, İlham Rəhimov 2012 və 2013-cü ildə Rusiyanın ən varlı 200 biznesmeninin yer aldığı siyahıya düşə biilməmişdi.

Sizin Reklam Yeriniz