Misir Mərdanovla Mikayıl Cabbarov salamlaşmadı
Sabiq təhsil naziri Misir Mərdanov yeni vəzifəyə
təyin olunduqdan sonra ilk açıqlama verib. Movqe.az-ın məlumatına
görə, AMEA-nın Riyaziyyat institutunun direktoru Misir Mərdanov
indiki təhsil nazirinin fəaliyyətini qiymətləndirib.
O bildirib ki, təhsil sahəsinə yeni
qüvvələrin gətirilməsi vacib bir işdir: "Təhsil sahəsinə yeni
qüvvələrin gətirilməsi çox vacib idi. Yeni qüvvələr gətirilib də.
Yeni nazir Mikayıl Cabbarovla aramızda olan münasibətlər çox
normaldr. Nazirə və Nazirliyin əməkdaşlarına uğurlar arzulayıram.
İndi çox məsuliyyətli vəzifəyə təyin olunmuşam. Bir ildir ki yeni
işimdə çalışıram. Prezidentin uğurlu siyasəti nəticəsində bu gün
təhsilimiz inkişaf edir. Təhsilə tədricən cavan adamlar cəlb
olunmalıdır".
Qeyd edək ki. AMEA-nın illik iclasında sabiq təhsil naziri Misir Mərdanovla və yeni təhsil naziri Mikayıl Cabbarov üz-üzə gəliblər amma onlar bir-biri ilə salamlaşmayıblar,
Qeyd edək ki. AMEA-nın illik iclasında sabiq təhsil naziri Misir Mərdanovla və yeni təhsil naziri Mikayıl Cabbarov üz-üzə gəliblər amma onlar bir-biri ilə salamlaşmayıblar,