Əlaqə Arxiv
news Image
2014.04.18
16:13
| A A A
Çimərliklər yoxlanılacaq
May ayının ortalarından etibarən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) çimərliklərdə monitorinqlərə başlayacaq. RGEM-nin sanitar-gigiyena şöbə müdiri Ziyəddin Kazımov Movqe.az-a açıqlamasında bildirib ki, dəniz suyunun keyfiyyət göstəricilərini müəyyənləşdirmək məqsədilə aparılan monitorinqlər zamanı ölkənin şimal və cənub zonasında, Bakı, Abşeron və Sumqayıtda, bir sözlə, bütün respublika üzrə çimərliklərdə yoxlamalar aparılacaq. Monitorinq nəticəsində insanların çimməsi üçün yararlı olan çimərliklər müəyyənləşəcək və onların adı ictimaiyyətə açıqlanacaq: ""Monitorinq zamanı dəniz suyundan nümunələr götürülür, çimərliklərin yay aylarında çimmək üçün nə dərəcədə yararlı olması araşdırılır. Bu proses bütün çimərlik mövsümü boyu davam etdiriləcək. Çimərliklərdə monitorinqin ilkin nəticələri araşdırmadan sonra bəlli olacaq". Xatırladaq ki, çimərliklərdə ekoloji vəziyyəti öyrənmək məqsədi ilə hər il belə anoloji monitorinqlər keçirilir. 
Sizin Reklam Yeriniz