Əlaqə Arxiv
news Image
2014.04.18
22:40
| A A A
Xəzər TV-nin dil problemi müzakirə olundu

Bu gün Milli Televiziya və Radio Şurasında Xəzər televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün prezidentin 2013-cü il 9 aprel tarixli 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq yaradılmış Bədii Şuranın üzvləri ilə görüş keçirilib. 



 "Qafqazinfo"ya daxil olan məlumata görə, Bədii Şuranın üzvləri tərəfindən Xəzər televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün görülmüş işlər barədə ətraflı məlumat verilib.  Bədii Şuranın üzvləri - AMEA-nın Dilçilik İnstitutunun direktoru, professor Fəxərddin Veysəlli, Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının dosenti Azad Şükürov  tərəfindən telekanallarda dil və nitq qabiliyyətinin qorunması üçün müəyyən təkliflər irəli sürülüb.


 Milli Televiziya və Radio Şurasında növbəti görüş Space televiziyasında dil və nitq qabiliyyətinin qorunması üçün yaradılmış Bədii Şuranın üzvləri ilə keçiriləcək.


Sizin Reklam Yeriniz