Əlaqə Arxiv
news Image
2014.04.21
11:59
| A A A
Cənubi Koreya prezidenti nəyi etiraf etdi?
Pak Kın Xe hökumətin bərə faciəsinə ilk əvvəl yanlış reaksiya verdiyini deyib

Cənubi Koreyanın Cedju adası yaxınlığında batan gəminin qəzaya uğraması qətlə bərabərdir. 


ANS PRESS-in məlumatına görə, bunu Cənubi Koreya prezidenti Pak Kın Xe bəyan edib. Onun sözlərinə görə, bərənin kapitanının və bir neçə ekipaj üzvünün nümayiş etdirdiyi davranış yolverilməzdir və bərənin batmasının qətlə bərabər olmasını deməyə əsas verir. Cənubi Koreya prezidenti hökumətin baş vermiş faciəyə ilk əvvəl yanlış reaksiya verdiyini də etiraf edib. 


Bərənin kapitanı artıq saxlanılıb və o, ilkin ifadəsində bərəni ilk tərk edənlərdən olduğunu etiraf edib. Bundan başqa, o, bərənin batdığını bildiyi halda, evakuasiya elan etməyib və sükanı 3-cü köməkçisinin nəzarətinə buraxıb. 


Suyun 35 metr dərinliyində yerləşən bərədə axtarış işləri də davam etdirilir. Axtarışlara 600-ə yaxın dalğıc cəlb edilib. Onlar indiyədək 64 nəfərin meyidini bərədən çıxarıblar. 240 nəfər isə hələ də itkin hesab edilir. Bərədə əksəriyyəti şagirdlər olmaqla, 476 sərnişin olub.


Sizin Reklam Yeriniz