Şamaxıda 5 yaşlı uşaq əlini ətçəkəndə doğradı
Şamaxı rayonunda bədbəxt hadisə baş verib. 5 yaşlı
qız ehtiyatsızlığın qurbanı olub. ANS PRESS-in bölgə müxbirinin
verdiyi məlumata görə, nəzarətsiz qalan azyaşlı uşağın əli
kəsilib. Belə ki, Mübariz Əliyev
küçəsi 3 saylı ünvanda yaşayan 2009-cu il təvəllüdlü Nəzrin Davud
qızı Əliyeva mətbəxdə əlini elektriklə işləyən ət maşınına salıb.
Maşın qızcığazın sol əlini doğrayıb. Hadisə qızın anası mətbəxtdə
ət çəkərçən baş verib.
Bir anlıq nəzarətsiz qalan qız əlini ət maşınına salıb. Təcili Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilən Nəzrin Əliyevanın əli amputasiya olunub.
Bir anlıq nəzarətsiz qalan qız əlini ət maşınına salıb. Təcili Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilən Nəzrin Əliyevanın əli amputasiya olunub.