Əlaqə Arxiv
news Image
2014.04.21
20:16
| A A A
Bakıda daha 2 yolda hərəkət məhdudlaşdırıla bilər
Bu axşam Bakıda yolun hərəkət hissəsinin üfqi nişanlanması işlərinin aparılması ilə əlaqədar daha 2 yolda hərəkət məhdudlaşdırıla bilər. BunuTrend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəriPünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, əgər hava şəraiti normallaşarsa, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Həsənoğlu küçəsində və Fətəli Xan Xoyski prospektində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Sizin Reklam Yeriniz