Əlaqə Arxiv
news Image
2014.04.22
10:30
| A A A
Erməni silahlı bölmələri bütün cəbhə boyu atəşkəsi pozub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Noyemberyan rayonunun Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Quşçu Ayrım kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb. Ağdam rayonunun Yusifcanlı, Qaraqaşlı, Sarıcalı, Cəvahirli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Sizin Reklam Yeriniz