Əlaqə Arxiv
news Image
2014.04.22
14:26
| A A A
TQDK-dan imtahanlarda səhv suallarla bağlı açıqlama

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sınaq imtahanlarında bəzi fənlər üzrə səhv sualların olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.  TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə  Movqe.az-a açıqlamasında deyib ki, sınaq imtahanında səhv sual yalnız aprelin 20-də keçirilən sınaq imtahanında qeydə alınıb. Onun sözlərinə görə, həmin sualın cavabı imtahan qaydalarına əsasən, abituriyentlərin verdiyi cavabdan asılı olmayaraq onların xeyrinə həll olunub. E.Nağızadə qeyd edib ki, bu yanlışlığı aradan qaldırmaq üçün sual ulduzla işarələnib: "Sınaq imtahanlarında təqdim olunan 125 sualdan birinin səhv olması mümkündür. Belə olduqda da sualın cavabı abituriyentlərin xeyrinə həll edilir. Bəzi mətbuat orqanlarında açıqlama verən Bakı Dövlət Universitetinin tarix müəllimi Kamran Əsədov isə TQDK-nın eksperti deyil. Komissiyanın Kamran Əsədov adında eksperti yoxdur. Sadəcə, o insan TQDK-nın adından istifadə edərək belə açıqlamalar verir".

Sizin Reklam Yeriniz