Əlaqə Arxiv
news Image
2014.04.23
12:57
| A A A
Nəqliyyatda nağd ödəniş məhdudlaşdırılacaq

"Paytaxtda sərnişindaşımada  daha 30 marşurutda kart sistemi tətbiq ediləcək". Bu sözləri Movqe.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Namiq Həsənov deyib. N. Həsənov yaxın iki aya 30 marşurutda sərnişinlərin kart sistemi ilə ödəniş etməsinin reallaşacağını bildirib: "Hazırda 40 marşurutda kart sistemi tətbiq edilir. Bu xətlərin siyahısına iki aya daha 30 marşurut əlavə olunacaq. Beləcə kart sisteminin işlədiyi avtobusların sayı 1000-dən çox olacaq. Bizdə olan məlumatlara görə, 10 mindən çox kart vətəndaşlar tərəfindən alınıb. Gündəlik 5-6 min kart istifadədədir. Sistemdə işlər tam başa çatdıqdan sonra nəqliyatda nağd ödəniş məhdudlaşdırılacaq. Bunun üçün 1500-ə yaxın avtobusda kart sisteminin işləməsi lazımdır ki, bu istiqamətdə də sürətlə işlər görülür. Sistemdə işlər tam başa çatdırıldıqdan sonra nağd ödəmə dayandırılaraq, nəqliyyatda ancaq kartla gediş-gəliş mümkün olacaq". 

Sizin Reklam Yeriniz