Əlaqə Arxiv
news Image
2014.04.23
13:54
| A A A
Nazirlik 100 nəfərə maşın verdi (FOTO)
Qarabağ müharibəsi və 20 Yanvar əlillərindən daha 100 nəfərinə minik avtomobilləri təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Movqe.az-a verilən məlumata görə, nazirlik tərəfindən növbədə dayanan 100 nəfərə "Naz-Lifan" markalı minik avtomobilləri verilib. Bununla da Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli Sərəncamının uğurla icra olunması nəticəsində, təkcə son 3 həftə ərzində minik avtomobili ilə təmin olunan Qarabağ müharibəsi və 20 Yanvar əlillərinin sayı 300 nəfərə çatıb. 
İndiyədək artıq 4106 nəfər əlilliyi olan şəxsə minik avtomobilləri verilib. Bildirilib ki, 01 yanvar 2014-cü il tarixədək növbəyə durmuş şəxslərin nazirliyin rəsmi saytında (www.mlspp.gov.az) yerləşdirilmiş siyahı üzrə pulsuz xüsusi avtonəqliyyatla təmin edilməsi bundan sonra da davam etdiriləcək və may ayının sonuna kimi daha 375 nəfər əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təmin olunması planlaşdırılır. 


Sizin Reklam Yeriniz