Əlaqə Arxiv
news Image
2014.04.23
18:15
| A A A
"Azəriqaz"da daha bir büro ləğv edilir-Özəl
Araz Ağayev: ""Azəriqaz" İB-nin Layihə konstruktor bürosu ləğv olunur" "ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyində daha bir büro  ləğv olunacaq". Movqe.az- daxil olan bu məlumatı   qurumdan da təsdiqləyiblər. "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev Movqe.az-a açıqlamasında bildirib ki, "Azəriqaz" İB-nin Layihə konstruktor bürosu ləğv olunur.Orada çalışanların 240-nəfərə qədər işçinin ixtisar olunub-olmayacağına gəlincə, A. Ağayev həmin işçilərin ixtisara düşməyəcəyini söyləyib: ""Azəriqaz" İB-də struktur dəyişiklikləri aparılır. Həmin dəyişiklik nəticəsində "Azəriqaz" İB-nin Layihə konstruktor bürosu ləğv olunaraq yerində yeni qurum yaradılacaq. Həmin işçilər də təkminləşdirmə nəticəsində yaranan yeni qurumda işlərinə davam edəcəklər. Struktur təkminləşməsi operativliyin təmin edilməsi məqsədilə aparılır. Heç kəs bu təkminləşmə nəticəsində işini itirmir".
Sizin Reklam Yeriniz