Əlaqə Arxiv
news Image
2014.04.24
14:12
| A A A
Temperatur aşağı düşəcək

Bakı və Abşeron yarımadasında aprelin 25-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən axşam və gecə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şimal küləyinin güclənəcəyi ehtimal olunur.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a  verilən məlumata görə, havanın temperaturunun gecə 9-13, gündüz  13-17 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında aprelin 25-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-14, gündüz 14-24, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, şimal küləyinin tez-tez güclənməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir. Aprelin 25-dən 28-dək Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, küləkli olacağı, 25-də gün ərzində, 26-da axşam və 27-də şimal küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu aprelin 25-də 13-17, 26-da 15-20, 27-də 13-16 dərəcə isti təşkil edəcək. Bəzi rayonlarda şimşək çaxacağı, qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir. 


Sizin Reklam Yeriniz