Əlaqə Arxiv
news Image
2014.04.24
19:10
| A A A
Ermənilər Türkiyə bayrağını yandırdı

Ermənistanda 1915-ci il soyqırım nümayişlərində Türk bayrağı yandırılıb. Hər il 24 apreldə təşkil edilən "məşəl yürüşünə qatılan minlərlə insan" Soyqırım Muzeyi qarşısında toplanaraq Türkiyə bayrağını yandırıb.


Azadlıq Meydanında toplanan qrup əllərində məşəllərlə Soyqırım Muzeyinə qədər gedib. Sıx təhlükəsizlik tədbirlərinin alındığı gecədə prospektlər nəqliyyata bağlanılıb və Türkiyə əleyhinə şüarlar atılıb.


Ermənistanın iddialarına görə , Birinci Dünya Müharibəsindən 1923-cü ilə qədər 1,5 milyon erməni soyqırımaməruz qalıb. Soyqırım iddialarını rədd edən Türkiyə , müharibə illərində qarşılıqlı olaraq itkilərin yaşandığını , o dövrdəki hadisələri tarixçilərin araşdırması lazım olduğunu deyib.


Bu günə qədər erməni iddialarını Rusiya , Fransa , İtaliya , Almaniya , Hollandiya , Belçika , Polşa , Yunanıstan , Kanada , Livan , Vatikan və digər bəzi ölkələr qəbul edib.

Sizin Reklam Yeriniz