Əlaqə Arxiv
news Image
2014.04.25
12:35
| A A A
Azərbaycan prezidenti Sarkisyanın cavabını verib !

"Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!"


Mövqe.az xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyan Praqada keçirilən "Şərq Tərəfdaşlığı" sammitində çıxışı zamanı Türkiyənin ünvanına ittihamlar səsləndirib.

 

Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.

 

"Sarkisyan bütün çıxışını qondarma soyqırımla bağlı sərsəm mülahizələri ilə Türkiyəyə  hücuma həsr etdi. Azərbaycan Prezidenti İlham Əliyev isə Sarkisyana Türkiyənin tədbirdə iştirak etməməsindən istifadə etdiyini deyib, "Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!" söylədi", deyə N. Məmmədov qeyd edib. (apa.az)

Sizin Reklam Yeriniz