Əlaqə Arxiv
news Image
2014.04.25
20:40
| A A A
Vəhhabilər etiraz aksiyası keçirdilər
Siyəzən Rayon İcra Hakimiyyətinin qarşısına toplaşaraq etiraz aksiyası keçirənlər məscidə imam təyin olunmasını istəyiblər Bu gün Siyəzən rayonunda vəhhabilər etiraz aksiyası keçirib. ANS PRESS-in məlumatına görə günorta saatlarında baş tutan aksiya Siyəzən Rayon İcra Hakimiyyətinin qarşısında keçirilib.

Vəhabilər Siyəzən rayon Cümə məscidinə imam təyin olunmasını tələb ediblər. Siyəzən RİH-in başçısı Arif Qasımov aksiya iştirakçılarını qəbul edib.

Rayon Polis Şöbəsindən ANS PRESS-ə yerilən məlumata görə, aksiya zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb: "İcra Hakimiyyətinin başçısı ilə görüşüblər. Görüşdə bildirilib ki, yaxın zamanlarda Cümə məscidinə imam təyin olunacaq".
Sizin Reklam Yeriniz