Əlaqə Arxiv
news Image
2014.04.26
16:02
| A A A
Novxanı bağlarında avtomat tapılıb, Babək sakini silah-sursatı təhvil verib

Novxanı bağlar sahəsindəki evlərdən birinin həyətində torpağa basdırılmış silah-sursat tapılıb.

Movqe.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhəri, Novxanı bağlar yaşayış sahəsində Bakı şəhər sakini Rəşid Rzayevə məxsus bağ evinin həyətində qazıntı işləri aparılarkən torpağa basdırılmış "AKM" markalı silah, 1 ədəd patron darağı və 15 patron tapılıb.

Bundan başqa, Babək rayon sakini Mətləb Nəcəfov tapdığı 1 ədəd nömrəsi silinmiş ov tüfəngini, 1 ədəd qaz tapançasını, 13 ədəd qaz tapançasının balonunu, 2 "F-1" qumbarasını, 7 patron darağını, 6 ədəd fişəngi, 1 əleyhiqazı və 7981 ədəd müxtəlif çaplı patronu Naxçıvan ŞPİ-yə təhvil verib.

Sizin Reklam Yeriniz