Suraxanı rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə növbəti ağacəkmə kampaniyası keçirilib
Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin
anadan olmasının 91 illiyi münasibəti ilə Suraxanı Rayon İcra
Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər planına uyğun olaraq
rayonda silsilə tədbirlər keçirilir, abadlıq-quruculuq işləri
aparılır, abad məhəllələr yaradılır, rayonun müxtəlif yerlərinə
çoxlu sayda ağac əkilir. Növbəti ağacəkmə kampaniyası 26 aprel
tarixdə Heydər Əliyev prospektindən "Atəşgah məbədi" Dövlət
Tarix-Memarlıq Qoruğuna gedən yolun kənarında mədən ərazisində
həyata keçirilmişdir. Suraxanı Rayon İcra Hakimiyyətinin təşəbbüsü
ilə reallaşan bu dəfəki ağacəkmə kampaniyasında rayon rəhbəri İlqar
Abbasovun, Suraxanı Rayon İcra Hakimiyyətinin, Suraxanı Rayon
Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, RİHB-nin qəsəbə inzibati
ərazi dairəsi üzrə nümayəndəliklərinin, qəsəbə bələdiyyələrinin,
sənaye, səhiyyə müəssisələrinin və sakinlərin iştirakı ilə müvafiq
təmizləmə (rekultivasiya) işləri aparılmış mədən ərazisində
1000-dən yuxarı ağac əkilmiş, ətraf ərazilər məişət
tullantılarından təmizlənmiş, texnika ilə hamarlanmışdır. Yol
kənarında təmizlik, abadlıq işləri aparılmışdır.