Əlaqə Arxiv
news Image
2014.04.26
19:46
| A A A
Bakı daxil olmaqla 19 şəhər Avro-2020-yə iddia edir

2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarını qəbul etmək üçün 19 şəhər sifariş kitabını təqdim edib.

Movqe.az Trendə istinadən məlumat verir ki, namizəd şəhərlər arasında Bakı (Azərbaycan), Minsk (Belarus), Brüssel (Belçika), Sofiya (Bolqarıstan), Kopenhagen (Danimarka), London (İngiltərə), Skopye (Makedoniya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Qüds, Roma (İtaliya), Amsterdam (Niderland), Dublin (İrlandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya), Stokholm (İsveç) və Kardiff (Uels) var.

Yarımfinal və final görüşləri "Uembli" (London) və "Alyans Arena" (Münhen) stadionlarında keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl 32 ölkədən 39 şəhər namizədliyini irəli sürmüşdü.

Sizin Reklam Yeriniz