Əlaqə Arxiv
news Image
2014.04.27
12:00
| A A A
Qoca kişinin döyülməsi ölkəni ayağa qaldırdı – Video

Birləşmiş Ərəb Əmirliklərində yaşlı bir adamın baxıcısı tərəfindən çəliklə döyülməsini göstərən video ölkəni ayağa qaldırıb.

 

Movqe.az axar.az-a istinadən xəbər verir ki, özünə baxa bilməyəcək halda olan yaşlı bir kişinin qızları atalarına baxmaq üçün baxıcı kişi tutublar. Ancaq baxıcı bir müddət sonra yaşlı kişini döyməyə başlayıb. Qızları atalarının şikayətindən sonra otaqlara gizli kamera quraşdırıblar.

 

Gizli kamera qocanı haqlı çıxarıb və hind əsilli baxıcının qocanı dəfələrlə döydüyü ortaya çıxıb.

 

Ölkədə səs-küyə səbəb olan videoda baxıcının qocanı çəliklə döydüyü, şilləylə vurduğu, üzünə toz atdığı açıq görünür.

 

Qocanın qızları videonu polisə verəndən sonra baxıcı həbs olunub.

 


Sizin Reklam Yeriniz