Əlaqə Arxiv
news Image
2014.04.27
17:01
| A A A
Obamanın səfəri ölkəni qarışdırdı
Cənub-Şərqi Asiya ölkələrində rəsmi səfərdə olan Amerika Birləşmiş Ştatları prezidenti Barak Obamanın Filippin səfəri ərəfəsində bu ölkədə anti-Obama aksiyası keçirilib. Movqe.az Anspress-ə istinadən xəbər verir ki , Paytaxt Manilada keçirilən aksiyada onlarla insan Barak Obama və onun çinli həmkarı Si Tzinpinin maskalarını taxıb. Etirazçılar anti-ABŞ şüarları səsləndirib və ABŞ bayrağını yandırıblar. Aksiya iştirakçıları Filippinlə ABŞ arasında mümkün təhlükəsizlik razılaşmasına qarşı çıxıblar. 10 illik razılaşma ABŞ qoşunlarına, gəmilərinə və təyyarələrinə müvəqqəti olaraq Filippin hərbi bazalarında yerləşmək imkanı verəcək.
Sizin Reklam Yeriniz