Əlaqə Arxiv
news Image
2014.04.27
18:09
| A A A
“Putin sülhün təminatçısıdır”
"Turçinovun yerinə prezident Putin olsaydı, mənə daha rahat olardı". Movqe.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Slavyanskın meri Nelya Ştepa "Komsomolskaya pravda" qəzetinə müsahibə verərkən söyləyib. Onun sözlərinə görə, o Yatsenyuka əvvəlcədən xəbərdarlıq etmişdi: "Mən Yatsenyuka öncədən telefonla bildirmişdim ki, Kiyevdə baş verən hadisələr burda da öz əksini tapa bilər. Ona görə mütləq danışıqlar aparmaq lazımdır. Lakin indiki hökumət heç kimi eşitmək istəmirdi. İndiki zamanda da heç bir dəyişiklik baş verməyib. Düşünürəm ki, Krımın itirilməsini onlar "gülərək" qarşılayırlar. Cənub-şərq regionu əldən çıxanda da eynən belə "üzüləcəklər". Cənub-şərq regionları da Kiyev hökumətinə güvənmir. Mer Nelya Ştepa Putinə daha çox inandığını da vurğulayıb: "Mən prezident Putinə daha çox inanıram, nəinki Turçinova. Putin dediyi hər bir kəlməni yerinə yetirir. Bizim sakitliyimizin təminatçısı Putindir". - See more at: http://axar.az/news/15921#sthash.muE3kbRf.dpuf
Sizin Reklam Yeriniz