Əlaqə Arxiv
news Image
2014.04.27
22:04
| A A A
Səudiyyədə yoluxucu xəstəlik yayılıb
Daha 2 nəfər MERS-dən ölüb. Movqe.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Röyters agentliyi (Reuters) xəbər yayıb. Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin yaydığı məlumata əsasən bu gün MERS-ə (Yaxın Şərq Respirator Sindromu) yoluxmuş 2 nəfər də vəfat edib. Xəstəliyin onlardan birində hava limanında aparılan yoxlamalar zamanı aşkar edildiyi deyilir. Nazirlik hazırda 10 nəfərin də bu xəstəlikdən əziyyət çəkdiyini deyir. Qurumun məlumatına əsasən aprelin əvvəlindən bu tərəfə isə 122 nəfərdə infeksiya aşkar edilib ki, onların da 65 faizində vəziyyət ağırdı. Xatırladaq ki, Səudiyyə Ərəbistanı MERS virusunun yayıldığı 3 ən təhlükəli ölkə sırasındadır. Bundan öncə verilən həyəcan siqnalında 323 infeksiyaya yoluxmuş insan tapılmışdı ki, onlardan 94 ölümcül idi. 
Sizin Reklam Yeriniz