Əlaqə Arxiv
news Image
2014.04.28
13:04
| A A A
Prezidentin qeyri-adi tapşırığı

Ölkədə qarışılıqlıq, hərbi müdaxilə və ya fövqəladə hal baş verdiyi halda bütün cihazlar partladılacaq


Özbəkistan hakimiyyəti televiziya və radio şirkətlərinə strateji və xüsusi əhəmiyyət kəsb edən cihazların təcili surətdə minalaması barədə göstəriş verib. Qarışılıqlıq, hərbi müdaxilə və ya fövqəladə hal baş verdiyi halda bütün cihazlar partladılacaq. 


Ölkə rəhbərliyi bu barədə televiziya və radio stansiyası rəhbərlərinə yazılı təlimatlar göndərilib. Təlimata görə, özünü məhvetmə qurğuları bütün teleradio obyektlərində mayın 14-nə kimi quraşdırılmalıdır. Qurğulara nəzarət isə Özbəkistanın Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən həyata keçiriləcək. 


Bundan sonra hər bir kütləvi informasiya vastəsinin ofisini DİN-nin iki məsul əməkdaşı qoruyacaq. Jurnalistlərin xarici ölkəyə gedib-gəlməsi prosedurları da mürəkkəbləşib.(ANS)

Sizin Reklam Yeriniz