Əlaqə Arxiv
news Image
2014.04.28
16:22
| A A A
Azərbaycanda bir yaşlı uşaq yanğında ölüb

Azərbaycanda bir yaşlı uşaq yanaraq ölüb.


Movqe.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad rayonu, Axısxa kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı ev 70 kv.m sahədə yanıb.

 

Yanğın zamanı 2013-cü il təvəllüdlü Davitadze Hüseyn Rasim oğlu yanıq xəsarətləri ilə valideynləri tərəfindən xəstəxanaya aparılarkən yolda keçinib.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Sizin Reklam Yeriniz