Əlaqə Arxiv
news Image
2014.04.29
16:03
| A A A
ABŞ yenə qasırğadan əziyyət çəkir

ABŞ-ın orta və cənub bölgələrində təsirli olan fırtınanın səbəb olduğu qasırğalarda ölənlərin sayı 26-a yüksəlib. 


Movqe.Az xəbər verir ki, Mississippi əyaləti Səhiyyə Şöbəsi Müdiri Cim Kraigin verdiyi məlumata görə, əyalətin cənub bölgəsində qasırğa səbəbiylə 9 nəfər dünyasını dəyişib, ölü sayının artdığı qeyd edilib. 


Pis hava şərtləri səbəbiylə axtarış-xilasetmə işlərində vaxtaşırı axsaqlıqlar yaşandığı, ölü və yaralı sayının dəqiq bilinmədiyi deyilib.


Əyalətin orta qərb və cənub bölgələrində təsirli olan qasırğalar səbəbiylə keçən bazar günü 17 nəfərin həlak olduğu bildirilib.


Qasırğanın təsirli olduğu Nebraska, Iova, Missuri və Kansas əyalətlərində yaranan qasırğalar, onlarla insanın yaralanmasına, çox sayda ev və iş yerinin xarabaya dönməsinə səbəb olub.

Sizin Reklam Yeriniz