Əlaqə Arxiv
news Image
2014.04.29
18:17
| A A A
Metroda etiraz aksiyası keçirildi

İngiltərənin paytaxtı Londonda hər gün təxminən 4 milyon insanı daşıyan metroda işçilərin keçirdiyi tətil , gündəlik həyatı iflic edib.


Təxminən min vəzifəlinin işdən çıxarılması planlarına etiraz edən metro işçilərinin 48 saatlıq tətilə getməsi səbəbiylə , bir çox metro xəttində axsamalar yaranıb.


 Londonlular stansiyaların qarşısında uzun növbələr meydana gətirib.


Səhər saatlarında metronu istifadə edən minlərlə insan, alternativ nəqliyyat yolu olaraq avtobuslara və su nəqliyyatına yönəlib, velosipedlə nəqliyyatını təmin etməyə çalışıb.


Tətil müddətində nəqliyyatın axsamaması üçün təxminən 266 əlavə avtobus səfəri artırılan London Nəqliyyat Təşkilatı ( TFL ) , metro şəbəkəsinin yarıya qədərinin problemsiz işləməsi üçün çalışıldığını qeyd edib.



Sizin Reklam Yeriniz