Əlaqə Arxiv
news Image
2014.04.30
13:51
| A A A
Mayın ilk gününün hava proqnozu

Bakı və Abşeron yarımadasında mayın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, axşam bəzi yerlərində zəif duman olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14, gündüz 20-24 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında mayın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb rayonlarında şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Sizin Reklam Yeriniz