Əlaqə Arxiv
news Image
2014.04.30
14:24
| A A A
İmtahanların nəticəsi açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə aprelin 27-də keçirilən növbəti sınaq imtahanlarının nəticələrini açıqlayıb.

Movqe.az-ın xəbərinə görə, abituriyentlər sınaq imtahanlarının nəticələrini http://eservices.tqdk.gov.az/netsinaq/ üzvanına daxil olaraq öyrənə bilərlər.İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Göygöl, Samux, Qazax, Sumqayıt, Şamaxı, Mingəçevir, Naftalan, Şəki, Qax, Oğuz, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, Füzuli, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Lerik, Masallı, Quba və Şabran şəhərlərində ümumilikdə 68 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48293 abituriyent qeydiyyatdan keçib. Qeyd edək ki, ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üzrə sınaq imtahanlarının aprelin 6-dan iyunun 1-dək keçirilməsi nəzərdə tutulur. Bu müddətdə ümumilikdə 6 sınaq imtahanı keçiriləcək ki, onların 4-ü yeni, 2-si isə təkrar olacaq.

Sizin Reklam Yeriniz