Əlaqə Arxiv
news Image
2014.04.30
19:03
| A A A
Mərkəzi Bankın İdarə Heyətinin növbəti iclası keçirilib

30 aprel 2014, Bakı: Azərbaycan Respublikasının Mərkəzi Bankı İdarə Heyətinin 2014-cü ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda qeyd olunmuşdur ki, cari ilin birinci rübündə milli iqtisadiyyatda artım prosesləri davam etmiş, qeyri-neft sektoru iqtisadi artımın əsas mənbəyi olmuşdur. Ölkənin əlverişli xarici iqtisadi mövqeyi qorunub saxlanmış, strateji valyuta ehtiyatları artmaqda davam etmişdir. Makroiqtisadi sabitlik məhkəmlənmiş, inflyasiyanın daha da azalması müşahidə olunmuş, orta illik inflyasiya rüb ərzində cəmi 2% təşkil etmişdir. Manatın məzənnəsinin sabitliyi makroiqtisadi sabitliyin qorunmasında mühüm rol oynamaqdadır.

İnflyasiyanın aşağı səviyyədə olmasını nəzərə alaraq qeyri-neft sektorunda investisiya fəallığının daha da artmasına və milli iqtisadiyyatın şaxələnməsinə zəruri dəstək vermək, habelə faiz dərəcələrinin enməsinin davamlılığına şərait yaratmaq məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 1 may 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4.75%-dən 4.25%-ə endirilməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilmişdir. Dəhlizin yuxarı həddi 7%-dən 6%-ə, aşağı həddi isə 1%-dən 0.5%-ə endirilmişdir.

Sizin Reklam Yeriniz