Əlaqə Arxiv
news Image
2014.05.01
14:10
| A A A
Metropolitendə bir xətdə yaranan nasazlığı digər xətt üzrə hərəkət edən sərnişinlər hiss etməyəcəklər
"Bakı Metropoliteni” QSC: " "Bakı Metropoliteni” QSC-nin hədəfi metroda ən yüksək standartlara cavab verən texnologiyaların tətbiqidir"

Bakı Metropolitenində tez-tez baş verən nasazlıqlar sənişinlər arasında təlaşa səbəb olur. Movqe.az Bakı Metropolitenində sərnişinləri narahat edən nasazlıqların vaxtaşırı təkrarlanmasının səbəbini araşdırmaq məqsədilə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, qatarların hərəkətində texniki nasazlıqların yaranması metro üçün istisna hal kimi qəbul edilmir: " Qatarlar hər gün xətə buraxılmazdan öncə yoxlanılır. Olur ki, hansısa qatarda texniki nasazlıq yaranır. Biz sərnişinləri təlaşa salmamaq üçün xırda nasazlıq olduqda belə dərhal növbəti stansiyada sərnişinləri düşürdüb qatarı depoya göndəririk. Amma gələcəkdə bir xətdə yaranan texniki nasazlıq digər xətt üzrə hərəkət edən qatarlarda hiss olunmayacaq. Çünki, gələcəkdə metroda xətlərin sayı 5-ə çatdırılacaq ki, bu da digər xətt üzrə hərəkət edən qatarların kəsişməsini əngəlləyəcək. Yəni bir xətdə qatarda nasazlıq yaranarsa digər xətt üzrə hərəkət edən sərnişinlər bunu hiss etməyəcəklər".

Qurumdan həmçinin bildiriblər ki, gələcəkdə qatarlarda texniki nasazlıqların aradan qaldırılması üçün ən yüksək texnologiya ilə hazırlanan müəssisələrin istehsalına üstünlük veriləcək: " Yəni, "Bakı Metropoliteni" QSC-nin hədəfi  metroda ən yüksək standartlara cavab verən texnologiyaların tətbiqidir. Gələcəkdə qatar alarkən daha keyfiyyətli, daha müasir istehsala üstünlük veriləcək".

Qeyd edək ki, Bakı metropolotenində istifadədə olan  istehsalı olanqatarlar  "Metrovaqonmaş" və "Transmaşholdinq"  müəssisələrinin istehsalıdır.  Ötən ilin yanvar ayında  Rusiyanın "Metrovaqonmaş" müəssisəsinin istehsalı olan vaqonlar xətə buraxılarkən texniki nasazlığı üzündən istismara dözməmişdi. 

Xatırladaq ki, bu gün səhər saatlarında Bakı Metropoliteninin yaşıl xətti üzrə "Həzi Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb. Bu səbəbdən sərnişinlər qatardan təxliyə olunub və nasazlıq yaranan qatar baxış üçün depoya göndərilib. Hadisə nəticəsində "Həzi Aslanov" stansiyasından "Nərimanov" stansiyasına qədər sərnişinlərin sıxlığı yaranıb. Ümumi intervalda 2-2,5 dəqiqə gecikmə baş verib. Lakin bundan sonra qatarların hərəkəti bərpa olunub, qrafik üzrə hərəkət ediblər. "Bakı Metropoliteni" QSC-dən bildiriblər ki, həftə ərzində Bakı Metropolitenindəki qatarlarda 10-dan çox nasazlıq olur. Təkcə ötən həftə qatarlarda 21 nasazlıq qeydə alınıb. 


Sizin Reklam Yeriniz