Əlaqə Arxiv
news Image
2014.05.01
17:56
| A A A
Jurnalistika ixtisası üzrə qəbul planı dolmayacaq

2014-2015-ci tədris ili üçün ali məktəblərə jurnalistika üzrə qəbul planının dolmayacağı gözlənilir. Movqe.az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Sənəd qəbulu prosesinin artıq başa çatdığını xatırladan M.Abbaszadə qeyd edib ki, III ixtisas qrupuna sənəd verən abituriyentlərə jurnalistika ixtisası üzrə qeydiyyatdan keçmək üçün həftənin axırına kimi vaxt verilib. M.Abbaszadə bildirib ki, bakalavriat səviyyəsində jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər test imtahanı verib müvafiq balı toplayandan sonra yazı işi yerinə yetirməlidirlər: "Onlar sənəd qəbulu zamanı elektron ərizələrində jurnalistika ixtisasını istəyib-istəmədiklərini qeyd etməli idilər. Çünki onlar test imtahanından sonra yazı işi yazmalıdırlar".

TQDK sədri əlavə edib ki, bu il jurnalistika ixtisası üzrə sənəd verənlərin sayı azdır. Ötən il 3000 nəfərə yaxın abituriyent elektron ərizəsində ilk ixtisas kimi jurnalistikanın adını qeyd etsə də, bu il bu ixtisasa 370 nəfər sənəd verib. Bu səbəbdən bu il jurnalistika ixtisası üzrə qəbul planının dolmayacağı gözlənilir: "Hələ jurnalistikada oxumaq istəyən 370 nəfərdən neçəsinin an azı 250 bal toplayaraq müsabiqəyə buraxılacağı bəlli deyil. Ona görə də bu yerlərin boş qalacağını gözləyirik".

Sizin Reklam Yeriniz