Bakıda endirim fırıldağı
İqtisadiyyat və Sənaye Nazirliyi yanında
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi
Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı qeyri-dəqiq
reklamdan istifadə edilməklə istehlakçıların aldadılması halları
müəyyənləşdirilib. Movqe.az-ın məlumatına görə, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk
prospekti 41/47 ünvanında fəaliyyət göstərən fiziki şəxs Məmmədov
Azər Ağakişi oğluna məxsus mağazada qeyi-dəqiq reklam halları
aşkarlanıb. Belə ki, mağazanın ön pəncərəsində "Endirim 70%-ə
qədər" məzmunlu reklam yerləşdirilsə də, satışda olan malların
qiymətinə endirim tətbiq edilmədiyi aşkar olunub. Bundan başqa,
qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan
yayımlandığı da müəyyən edilib.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb. Qanun pozuntusuna yol vermiş Azər Məmmədov barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.