Əlaqə Arxiv
news Image
2014.05.01
19:01
| A A A
İran Milli İnkişaf Fondunun nümayəndə heyəti ARDNF-də olub

2014-cü il 28 aprel-1 may tarixlərində İran Milli İnkişaf Fondunun Direktorlar Şurasının üzvü və sədr müavini Seyid Qasem Hüseyninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində İran nümayəndə heyəti və Azərbaycan Respublikası Dövlət Neft Fondunun rəhbərliyi arasında ikitərəfli görüşlər keçirilmişdir. Fondan movqe.az-a verilən məlumata görə, səfərin məqsədi Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyəti ilə daha yaxından tanış olmaq, Suveren Fondların Beynəlxalq Forumu çərçivəsində Neft Fondunun təcrübəsini öyrənmək, Santyaqo Prinsiplərinə əməl edilməsi və bu sahədə hesabatlılıq prosesi ilə daha yaxından tanış olmaqdan ibarət olmuşdur.

Görüşlərdə həmçinin qonaqları maraqlandıran suallar, qarşılıqlı əməkdaşlıq perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

Sizin Reklam Yeriniz