Azərbaycan Silahlı Qüvvələri cəbhə bölgəsində təlim məşqləri keçirir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, 2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Silahlı Qüvvələrin birliyinin hissə və bölmələri cəbhə bölgəsində aprel ayının 28-dən növbəti təlim məşqləri keçirir.
Təlimlərə 4.000-dək şəxsi heyət, 60-dan çox zirehli texnika, raket-artilleriya qoşunlarının 120-dən artıq qurğusu, aviasiya və hava hücumundan müdafiə sistemləri cəlb olunub.
May ayının 1-dən təlimlərin praktiki hissəsi başlayıb. Təlimlər zamanı zirehli texnikalardan, raket-artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib.
Təlimlərdə iştirak edən hərbi hissələrin döyüş hazırlığının
səviyyəsi yoxlanılıb, tapşırıqların daha operativ və səmərəli
yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların
hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili, qarşıya
qoyulan tapşırıqların icra olunması səviyyəsinə xüsusi diqqət
yetirilib.