Bakıda avtoyuyucudan qaçırılan maşınla qəza törədildi
Bakının Yasamal rayonu Şərifzadə küçəsi 10
ünvanında sürücü özünə məxsus olmayan avtomobillə yol qəzası
törədib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , adı məlum olmayan sürücü "Mercedes" markalı avtomobillə üzü İnşaatçılar metrosu istiqamətində hərəkətdə olub. Yüksət sürətlə idarə olunan avtomaşın sürücünün idarətməsindən çıxıb. Nəticədə "Mercedes" yol kənarında dayanan "Mitsubishi" maraklı digər nəqliyyat vasitəsinə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobil yararsız hala düşüb.
"Mercedes"in sürücüsü isə hadisə yerindən uzaqlaşıb.
Şahidlərin sözlərinə görə qəzanı törədən sürücü idarə etdiyi avtomobili maşınyuma məntəqəsindən qaçırıbmış.
Faktla bağlı isə araşdırmalara başlanılıb. Polis maşını qaçıran şəxsin axtarışı ilə məşğuldur.