Azərbaycan mədəniyyətinə ağır itki üz verib
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Movqe.az xəbər verir
ki , Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti
Firəngiz Əlizadənin verdiyi məlumata görə, bu gün səhər saatlarda
Azərbaycanın xalq artisti, Dövlət Mükafatı Laureatı, tanınmış
bəstəkar Aqşin Əlizadə vəfat edib. Onun sözlərinə görə, bəstəkar
yuxuda olarkən keçinib.
Mərhum I Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Aqşin Əlizadə 1937-ci il, 22 may tarixində Bakıda anadan olub. Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib. Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma (1962), sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.
Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qаfqаzа səyаhət" baleti, "Ümid vаlsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitasi", "Uşaq süitasi", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s. 50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.
Azərbaycanın "Şöhrət" ordeni (1997) və "Şərəf" ordeni (2012) ilə təltif edilib.