Əlaqə Arxiv
news Image
2014.05.03
21:02
| A A A
Ukrayna ordusu itki verir
Ukraynanın şərq vilayətlərində gedən döyüşlərdə Ukrayna xüsusi xidmət orqanlarının 5 əməkdaşı öldürülüb. Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin sədrinin müavini, antiterror əməliyyatlarının rəhbəri Vasili Krutov açıqlama verib.

"Təəssüf ki, biz antiterror əməliyyatları zamanı 5 itki vermişik. 12 nəfər isə yaralanıb. Ölənlərdən yalnız dördünün cəsədini əldə edə bilmişik", V.Krutov deyib.

Onun sözlərinə görə, separatçıların nə qədər itki verməsi ilə bağlı hələlik dəqiq məlumat yoxdur: "Bölgədə silahlı toqquşmalar davam edir. Lakin onu deyə bilərik ki, qarşı tərəf bizdən çox itki verib".

Qeyd edək ki, aprelin 15-də Ukrayna hökuməti ölkənin cənub şərqində antiterror əməliyyatlarına start verib. Ötən gün isə Ukrayna ordusu bölgədə əməliyyatlara başlayıb. 40-dan çox insanın öldürüldüyü, 200-ə yaxın adamın yaralandığı bildirilir.
Sizin Reklam Yeriniz