Tribunadan atılan unitaz azarkeşi öldürdü
Braziliyada futbol matçında faciəvi hadisə baş
verib. Belə ki, futbol üzrə ikinci divizionda keçirilən oyundan
sonra kütləvi dava düşüb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, dava "Resife"-"Santa Kruz" qarşılaşmasından (1:1) sonra baş verib.
6-cı sektorda başlayan qarşıdurma sonradan satdionun ətrafında davam edib. Bu vaxt stadionun tualetindən qopardılan unitaz tribunadan küçəyə atılıb.
Unitaz azarkeşlərdən birinin başına düşüb. Ağır xəsarət alan azarkeşin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bir aydan sonra Braziliyada dünya çempionatı başlayacaq.