Əlaqə Arxiv
news Image
2014.05.04
13:05
| A A A
Bakı-Şabran yolunda ağır qəza: “Shaqman” ölüm gətirdi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı-Şabran yolunun 129-cu kilometrliyində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Şabran rayonu ərazisində "VAZ" markalı minik avtomobili və "Shaqman" markalı yük avtomobilinin toqquşması nəticəsində baş verən yol-qəza hadisəsi ölümlə nəticələnib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər meyiti deformasiyaya uğramış minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.


Sizin Reklam Yeriniz