Əlaqə Arxiv
news Image
2014.05.06
17:02
| A A A
Ulu Öndər Nizami rayonunda anıldı-Fotolar

Bu gün Nizami rayonu Xalid Quliyev adına 62 saylı məktəb-liseydə Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş "Tarixlərə yazılan şəxsiyyət var" adlı ədəbi-bədii tədbir keçirilib. Movqe.az xəbər verir ki, ilk növbədə məktəbin foyesində H. Əliyevin 91 illik yubileyinə həsr olunmuş tədbirlə əlaqədar tarix müəllimi Esmira Rzayevanın VI sinif şagirdləri ilə birgə hazırladığı "Tarixin şəxsiyyəti Heydər Əliyev" mövzusunda təqdimatı slaydlarla nümayiş olunub. Daha sonra qonaqlar zala daxil olaraq ibtidai sinif müəllimi Azadə Baxışovanın I sinif şagirdləri ilə birgə hazırladığı "Tarixlərə yazılan şəxsiyyət var" adlı ədəbi-bədii kompozisiyasına tamaşa ediblər. Tamaşa bitdikdən sonra 62 saylı məktəb-liseyin direktoru Mətanət Cabbarlı söz alaraq tədbir iştirakçılarını salamlayıb. O bildirib ki, uşaqların bu cür çıxışı onların hisslərinin təsdiqidir. Bu gün Heydər Əliyevi yaşadırıq. Onu yaşadan Azərbaycan xalqıdır. O, özü qəlblərə iz salıb".

Tədbirdə iştirak edən qonaqlar içərisində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərliyə də  söz verilib. Vüqar Səfərli qeyd edib ki, hər il olduğu kimi, bu ildə mayın ilk on günlüyündə  Heydər Əliyevin yubileyləri qeyd olunur: "62 saylı məktəb-liseydə belə bir təqdimatın olması təqdirə layiqdir. Əlbəttə, Heydər Əliyev haqqında danışmaq həm çətindir, həm də asandır. Ona görə çətindir ki, Ümumilli liderin o qədər gördüyü işlər var ki, nə qədər danışsan, digər hissəsi yaddan çıxır. Onun əməyi, zəhmət olan işlərdən bir tədbirdə bəhs etməklə qutarmaz. Ona görə asandır ki, hara baxırsan Heydər Əliyevin qurduğu işlərdir. Bu gün ki kompozisiya çox gözəl təşkil olunub. Bu gənc balalar böyüyəndə xatırladacaqlar ki, belə bir çıxış ediblər".

Nizami rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov tədbir haqqında fikirlərini bölüşüb. "Öncə belə bir  ədəbi-bədii kompozisiyaya görə məktəbin direktoru Mətanət Cabbarlıya  təşəkkürümü bildirirəm. Tədbirə gələn zaman düşünürdüm ki, birinci sinif şagirdləri Heydər Əliyev barəsində nə deyə biləcəklər. Bun tamaşadan sonra gördüm ki, onlar hətta böyüklərimizdən də, öz hisslərini daha gözəl bildirdilər. Səhnəyə baxanda böyük bir sevinc hissi keçirtdim. Mən hesab edirəm ki, bizim bu uşaqlarımız gələcəyin alimləri, akademikləri və Nobel mükafatçıları olacaqlar". 





































Sizin Reklam Yeriniz