Əlaqə Arxiv
news Image
2012.06.27
14:18
| A A A
Romantik filmlərin qadını Nora Efron vəfat etdi
Movqe.Az bildirir ki,Hollivudun mahir ssenarist-rejissoru Nora Efron 71 yaşında həyatla vidalaşıb. Efron, bir neçə müddətdir ki, qan xərçəngindən müalicə alırdı. Televiziyada kariyerasına başlayan və ssenarist olaraq Hollivuda addım atan Efron, ilk ssenarisi "Silkwood" ilə böyük tərif yığaraq diqqətləri üzərinə çəkib və ilk Oscar namizədliyini əldə edib. Əsl çıxışını isə yenə ssenarisini yazdığı romantik komediya növünün klassiklərindən "When Harry Met Sally" filmi ilə edib. Meq Rayan və Billi Kristalın baş rolda olduğu filmlə Efron ikinci dəfə Oscara namizəd olub. Efron, rejissorluğa isə "This his My Lifə" filmi ilə keçib. Ardınca çəkdiyi "Sleepless in Seatle" qısa müddətdə klassikləşib və Efron üçüncü Oscar namizədliyini alıb. Sonrakı 10 ildə 3 film çəkən Efron, son olaraq gerçək bir hekayədən bəhs edən "Julie&Julia"ya imza atıb. Bu film Meril Stripə Oscar namizədliyi gətirib. 
Sizin Reklam Yeriniz