Əlaqə Arxiv
news Image
2014.05.07
18:17
| A A A
"ASAN" xidmət" mərkəzlərindən verilən biometrik pasportların statistikası açıqlandı-Özəl
Anar Hüseynov: "İndiyədək "ASAN xidmət" mərkəzlərinə biometrik (ümumvətəndaş) pasportların verilməsi üçün 190 mindən çox müraciət daxil olub" "İndiyədək "ASAN xidmət" mərkəzlərinə biometrik (ümumvətəndaş) pasportların verilməsi üçün 190 mindən çox müraciət daxil olub". Bu sözləri Movqe.az-a açıqlamasında gentliyin Beynəxalq və ictimai əlaqələr şöbəsinin müdir müavini Anar Hüseynov deyib. A. Hüseynov bildirib ki, "ASAN xidmət" mərkəzlərində bu ilin sentyabr ayının 1-dən etibarən biometrik ümumvətəndaş pasportların verilməsinə başlanılıb. A.Hüseynovun sözlərinə görə, artıq vətəndaşlar biometrik pasportları Daxili İşlər Nazirliyinin müvafiq məntəqələri ilə yanaşı, "ASAN xidmət" mərkəzlərində əldə edə bilirlər: "Ümumvətəndaş pasportların verilməsi DİN-in müvafiq məntəqələri ilə yanaşı, "ASAN xidmət" mərkəzlərində də icra olunur. Beləliklə, vətəndaşlar biometrik pasportları DİN-in müvafiq məntəqələri ilə yanaşı, artıq "ASAN xidmət" mərkəzlərindən də əldə edə bilirlər. İndiyədək "ASAN xidmət" mərkəzlərinə biometrik (ümumvətəndaş) pasportların verilməsi üçün 190 mindən çox müraciət daxil olub".
Sizin Reklam Yeriniz